“Braqa” “Qarabağ”a onlara görə müraciət ünvanladı

20 Fevral 2024 21:20 Hadisə 2 191
“Braqa” “Qarabağ”a onlara görə müraciət ünvanladı

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk matçını səfərdə qələbə ilə başa vurdu.

Təmsilçimiz “Braqa”nı 4:2 hesabı ilə məğlub etməklə cavab qarşılaşması öncəsi ciddi üstünlük qazandı.

Bakıdakı oyunun çətin keçəcəyinə şübhə etməyə dəyməz. “Qırmızı-ağlar” “Qarabağ”ı təhlil edəndən sonra ilk görüşdəki səhvləri təkrarlamamağa çalışacaq.

Sözsüz, meydan və azarkeş amili “köhlən atlar”ın xeyrinə işləyəcək. Tofiq Bəhramov adına Respublika stadionunun ağdamlılar üçün düşərli olduğunu deyə bilərik.

Lakin “Braqa” da dəstəksiz qalmayacaq. Belə ki, qonaqlar üçün ayrılan tribunada 100-ə yaxın portuqaliyalı azarkeşin yer alacağı gözlənilir.

Rəqib klub “Qarabağ”a məhz bu sayda bilet üçün müraciət edib.

Hər nə qədər maraqlı olsa da, Portuqaliya mətbuatından oyunu işıqlandırmaq üçün akkreditasiya müraciəti edən olmayıb.

Matça 2 gün qaldığını nəzərə alsaq, “A Bola”, “Record” kimi nəşrlərinin əməkdaşlarının email müraciəti göndərəcəyini təxmin etmək olar.

Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması fevralın 22-si saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti