Bolqarıstandan olanlar "Qarabağ" - "Braqa" oyununda

20 Fevral 2024 12:40 Hadisə 869
Bolqarıstandan olanlar "Qarabağ" - "Braqa" oyununda

Bakıda "Qarabağ" və "Braqa" arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.

Sportinfo.az xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.

VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.

"Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"