İranın molla rejimi futbola görə sevinən yeniyetməni həbs etdirdi - FOTO

19 Fevral 2024 03:00 Hadisə 904
İranın molla rejimi futbola görə sevinən yeniyetməni həbs etdirdi - FOTO

İranda milli komandanın məğlubiyyətinə sevinən yeniyetmə həbs edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verib.

Bildirilir ki, hadisə Cavanrud şəhərində baş verib. 16 yaşlı Məhəmməd Mahmudi İranın milli komandasının Qətərlə oyunda məğlubiyyətinə sevincini gizlədə bilməyib.

Elə həmin gün ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin qüvvələri yeniyetmənin işlədiyi mağazaya hücum çəkib, onu həbs ediblər.

Digər Xəbərlər
Xəbər Lenti