Nazir və oğlanları “Qarabağ”ın qələbəsinə belə sevindi - FOTO

18 Fevral 2024 11:30 Hadisə 5 477
Nazir və oğlanları “Qarabağ”ın qələbəsinə belə sevindi - FOTO

Portuqaliyada “Braqa” üzərində parlaq qələbə qazanan “Qarabağ”futbol klubu növbəti dəfə pərəstişkarlarını sevindirdi.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın rəqib meydanda Portuqaliya futbolunun ən güclülərindən olan “Braqa” üzərində 4:2 hesablı qələbə qazanması dünəndən bəri sosial şəbəkələrdə müzakirə olunur.

Futbol azarkeşləri “Qarabağ”ın qələbəsinə ən müxtəlif formada reaksiya verirlər.

Azərbaycan təmsilçisinin rəqibi darmadağın etməsinə sevinənlərdən biri də gənclər və İdman naziri Fərid Qayıbov və ailə üzvləridir.

Nazir “Qarabağ”ın qollarından sonra oğlanları ilə birlikdə çəkilən fotosunu özünün sosial şəbəkə hesabında paylaşıb. Fərid Qayıbovun bu fotosu maraqla qarşılanıb və yüzlərlə insan tərəfindən müsbət rəy alıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"