Görün, ermənilər bu kənddə necə böyük vəhşiliklər törədiblər! - VİDEO

18 Fevral 2024 08:30 Hadisə 1 140
Görün, ermənilər bu kənddə necə böyük vəhşiliklər törədiblər! - VİDEO

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 32 il keçir.

Qaradağlı kəndinin 910 sakini olub ki, onların da hər 10 nəfərindən biri qətlə yetirilib.

Əsir götürülən 118 nəfərə qarşı vəhşilik törədilib, insanların başları kəsilib, diri-diri basdırılıb, dişləri çıxarılıb, ac-susuz saxlanılıb.

1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib.

Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar.

Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Ətraflı Trend-in videomaterialındada:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!