30 il sonra Qarabağda keçirilən ilk toydan VİDEO+FOTOLAR

18 Fevral 2024 08:20 Hadisə 1 446
30 il sonra Qarabağda keçirilən ilk toydan VİDEO+FOTOLAR

Zəngilanın Ağalı kəndində 30 ildən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

Bəyin atası Baloğlan İsmayılov bu xoş gündə təəssüratlarını AZƏRTAC-la bölüşüb:

“Bu günləri çoxdan arzulayırdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımız, qəhrəman ordumuz sayəsində bu günləri yaşayırıq. Çox həsrətini çox çəkmişdik. Bu, bizim arzularımız idi, onlar çin oldu.

Şükürlər olsun ki, öz kəndimizdə toy edirik. Qarabağ torpağına toy yaraşır, “Cəngi” yaraşır. Bəyimiz də, mən də döyüşçü olmuşuq. İkimizin də arzusu olub ki, bu torpaqlarda yaşayaq. İndi o arzumuz gerçəkləşib”.

Yenidən qurulan Ağalıda 871 sakin yaşayır.





Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"