Şirvanda şəhidin qardaşı dünyaya gəldi - FOTO

17 Fevral 2024 21:50 Hadisə 1 870
Şirvanda şəhidin qardaşı dünyaya gəldi - FOTO

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evində Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.

Şəhidin anası Reyhanə Alışanova oğul övladı dünyaya gətirib.

2001-ci il təvəllüdlü Amal Alışanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.

O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.


Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"