Rəşad Sadıqova sataşan adam 29 oyundur cəza çəkir

16 Fevral 2024 23:40 Hadisə 1 141
Rəşad Sadıqova sataşan adam 29 oyundur cəza çəkir

AFFA Hakimlər Komitəsi Fərid Hacıyevin uzun müddətli “istirahətə” göndərib.

Buna referinin “Səbail” – “Zirə” oyununda etdiyi səhvlər səbəb olub.

Hacıyevin yanvarın 22-də Premyer Liqanın 19-cu turu çərçivəsində “ASCO Arena”da baş tutan görüşün ikinci hissəsində zirəlilərin qapısına aşkar penaltini təyin etməməsi ona baha başa gəlib.

VAR-ın xidmətinə ehtiyac duyduqdan sonra belə, lazım olan qərarı verməyən Fərid buna görə ağır cəzaya məruz qalıb.

Belə ki, adıçəkilən hakim 1 aya yaxındır təyinatlardan kənarda qalıb. Bu müddətdə Premyer Liqanın 3, Birinci Liqanın 2 turu geridə qalıb. Üstəlik, ölkə kubokunun 1/4 final mərhələsinin ilk və cavab oyunları baş tutub.

Komitə sədri Barış Şimşek yanvarın 22-dən bu yana keçirilən 29 qarşılaşmanın heç birində Fərid Hacıyevə təyinat verməyib.

Maraq üçün bildirək ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və komandanın bir neçə futbolçusu mətbuata açıqlamalarında Hacıyevi aşkar penaltini “yeməkdə” günahlandırmışdılar.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!