COP29

“Qarabağ”dan öncə onlar Xankəndi stadionunda futbol oynadı - VİDEO

2 Dekabr 2023 00:50 Hadisə 997
“Qarabağ”dan öncə onlar Xankəndi stadionunda futbol oynadı - VİDEO

Dekabrın 21-də “Qarabağ”ın ilk dəfə Xankəndi şəhər stadionunda oyuna çıxacağı bildirilir.

Sportinfo.az xəbər verir ki, artıq oyunöncəsi hazırlıq işləri aparılır.

Bu günlərdə çəkilən görüntülərdə Xankəndi stadionunda bir neçə nəfərin futbol oynadığı əks olunub.

Ehtimal olunur ki, onlar stadionda çalışan şəxslər və ya futbolçulardır.

Bundan əvvəl Xankəndi şəhər stadionunda “qondarma rejim”in bayrağı ilə örtülü tribunaları sökülüb yeniləri ilə əvəzlənmişdi. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının yenilənəcəyi bildirilirdi.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"