“Real”ın paltardəyişmə otağına niyə girib? - “Mançester Siti”nin hücumçusu

12 Aprel 16:55 Hadisə 1 116
“Real”ın paltardəyişmə otağına niyə girib? - “Mançester Siti”nin hücumçusu

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyunundan (3:3) sonra rəqib komandanın paltardəyişmə otağına baş çəkib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, norveçli hücumçu Luka Modriçin formasını istəmək üçün “kral klubu”nun paltardəyişmə otağına daxil olub.

Xorvatiyalı futbolçu ilə söhbət zamanı Haland Modriçi “əfsanə” adlandırıb.

Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Norveçli forvard bu mövsüm bütün yarışlarda 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Mançester Siti” ilə “Real” arasında cavab matçı aprelin 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU