Ağdamda ekskavator əkin sahəsində minaya düşdü

18 Mart 2023 15:30 Hadisə 382
Ağdamda ekskavator əkin sahəsində minaya düşdü

Ağdamda ekskavator minaya düşüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti