"Dəhliz açıldıqdan sonra Qarabağa insan axını dörd dəfə artmalıdır"

3 Fevral 2023 17:30 Hadisə 477
"Dəhliz açıldıqdan sonra Qarabağa insan axını dörd dəfə artmalıdır"

“Dəhliz açıldıqdan sonra Ermənistandan Qarabağa insanların axını artmalıdır”.

“Vahid Ermənistan” partiyasının sədri, keçmiş deputat Artur Qazinyan Facebook səhifəsində yazıb.

“Laçın dəhlizi açıldıqdan sonra mən Qarabağa gedəcəyəm, bir neçə gün qədim “erməni” torpağından güc alacam və xalqın yanında olacağam.

Təmənnasız xidmətimlə onların ayağa qalxmasına kömək edəcəyəm ki, daha güclü olub, mübarizə aparsınlar və qalib gəlsinlər.

Dəhliz açıldıqdan sonra Qarabağ əhalisinin azalmasının qarşısını almaq üçün bütün səyləri göstərmək lazımdır.

Bunun üçün Ermənistandan Qarabağa insan axını dörd dəfə artmalıdır. Azərbaycana və bütün dünyaya göstərməlidir ki, Qarabağ xalqı tək deyil, Qarabağ erməninin idi, var və olacaq”, – Qazinyan deyib.

Digər Xəbərlər
Xəbər Lenti