“Hələ də inana bilmirəm ki, bu, millidəki son oyunumdur”

28 Sentyabr 2022 00:00 Hadisə 359
“Hələ də inana bilmirəm ki, bu, millidəki son oyunumdur”

“Bazel”in hücumçusu Adam Salai Macarıstan millisində keçirdiyi son oyunundan sonra fikirlərini bildirib.

Spöortinfo.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Salai bunları deyib:

“Hələ də inana bilmirəm ki, bu, milli komandadakı son oyunumdur. Bütün diqqətimi 90 dəqiqəyə yönəltməyə çalışdım.

Yaxşı nəticə qazanmaq üçün şanslarımızın olduğunu bilsək də, əla fürsəti əldən verdik”.

Macarlar UEFA Millətlər Liqasındakı son oyunda İtaliyaya 0:2 hesabı ilə uduzub. Bu qələbə ilə İtaliya millisi Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Macarıstan isə A liqasındakı yerini qoruyub və 3-cü qrupun turnir cədvəlində ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"