Krımda Rusiyanın daha bir hərbi bazası vuruldu - VİDEO

16 Avqust 2022 13:30 Hadisə 587
Krımda Rusiyanın daha bir hərbi bazası vuruldu - VİDEO

Krımın Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.

Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat yayıb.

"Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər verirəm: Cankoy vilayətinin Qalay (indiki Azov) kəndində rusların hərbi hissəsinə uğurlu zərbə endirilib. Partlayış səsləri bir saat ərzində eşidilirdi", - Çubarov bildirib.

O əlavə edib ki, zərbələr hərbi sursat anbarlarına dəyib.

Bundan başqa Mayskoe kəndindəki yarımstansiyada da yanğın baş verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"