Tanınmış şəxslərin soyadına məktəb açıldı, məşhurlar iştirak etdi – VİDEO

15 Avqust 2022 17:00 Hadisə 777
Tanınmış şəxslərin soyadına məktəb açıldı, məşhurlar iştirak etdi – VİDEO

Bakıda daha bir uşaq futbol məktəbi fəaliyyətə başlayıb.

Sportinfo.az-da bu barədə məlumat 3 həftə əvvəl dərc olunmuşdu.

Ölkənin tanınmış məşqçilərindən olan Şahin Diniyevin böyük oğlu Kərim Diniyev karyerasını 29 yaşında başa vuraraq məşqçilik karyerasına start verib.

Və başlanğıcdaca daşıdığı soyada uyğun olaraq Diniyev Futbol Məktəbində çalışmağa başlayıb. Məşqlərə Kərimə vaxtilə çiyin-çiyinə futbol oynadığı Aydın Qasımov kömək edir.

Ötən həftə məkətibin açılış mərasimi baş tutub. Açılışda Şahin Diniyevlə yanaşı Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Əsgər Abdullayev, Arif Əsədov, Şakir Qəribov kimi tanınmış mütəxəssislər iştirak edib.

Kətimin futbolçu yoldaşları Şəhriyar Əliyev, Məqsəd İsayev, Azər Salahlı, Cavid Tağıyev də xoş gündə Diniyevin yanında olub.

Maraq üçün xatırladaq ki, Şahin Diniyevin Kərimlə yanaşı digər oğlu Coşqun Diniyev də futbolçudur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu