Poznanda “Qarabağ”ın futbolçularına bir nəfər yaxınlaşdı, xahiş etdi ki... VİDEOLAR

5 İyul 2022 20:40 Hadisə 1 013
Poznanda “Qarabağ”ın futbolçularına bir nəfər yaxınlaşdı, xahiş etdi ki... VİDEOLAR

Azərbaycanlı gənc Polşada istəyinə çatıb.

“Qarabağ”ın “Lex”lə matçından bir gün əvvəl “Poznan” stadionuna təşrif buyuran azarkeş futbolçulardan imza almaq həvəsinə düşüb.

Məşq başa çatandan sonra bununla bağlı klub rəsmilərindən icazə alan Avropada yaşayan soydaşımıza lazım olan şərait yaradılıb.

Belədə, o, “köhlən atlar”ın Qara Qarayev, Kadi Borges, İbrahima Vadji, Toral Bayramlı kimi vacib fiqurlarına yaxınlaşaraq imza alıb.

Maraq üçün bildirək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Lex” – “Qarabağ” görüşünü 100-dən artıq azərbaycanlının izləyəcəyi gözlənilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!