"Qəbələ" ilə oynamaq üçün “Real Sosyedad”dan gəldi

5 İyul 2022 02:00 Hadisə 2 227
"Qəbələ" ilə oynamaq üçün “Real Sosyedad”dan gəldi

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Macarıstan təmsilçisi "Real Sosyedad"ın futbolçusu Peter Pokornini transfer edib.

21 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Fehervar"da keçirəcək.

Peter Pokorni "Real Sosyedad"a 2021-ci ilin yayında "Zaltsburq"dan transfer olunub.

Slovakiyalı son mövsümdə La Liqa təmsilçisinin B komandasının heyətində 24 matçda meydana çıxıb.

"Qəbələ" "Fehervar"la ilk oyunu 21 iyul tarixində səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!