"Neftçi"yə gəlməyən baş məşqçi: “Həyat yoldaşım şoka düşdü, amma mən bunu etdim” - FOTO

3 İyul 2022 20:20 Hadisə 1 723
"Neftçi"yə gəlməyən baş məşqçi: “Həyat yoldaşım şoka düşdü, amma mən bunu etdim” - FOTO
FOTOFOTO

"Krivbas"ın yeni baş məşqçisi Yuri Vernidub yeni iş yerinə yeni tatuajla gəlib.

Sportinfo.az xəbər verir ki, o, qoluna Ukraynanın gerbini döydürüb.

Vernidub bu barədə "ProFutbol"a açıqlamasında deyib:

“56 il yaşadım, nə həyat yoldaşıma, nə də övladlarıma tatuaj etdirməyə icazə vermədim. Mən Ukrayna ordusuna qoşulandan sonra vətənpərvərlik fonunda buna ehtiyac hiss etdim.

Kimin döyməsi varsa, ruslar onu “nasist-faşist” adlandırır. Onların acığına “nasist və faşist” olmaq istəyirdim.

Həyat yoldaşım şoka düşdü, amma mən bunu etdim. O bilmirdi. Beş saat rəsm çəkdik”.

Vernidub "Neftçi"nin baş məşqçisi vəsifəsinə namizəd olsa da, vətənində qalmağı üstün tutub. O, Rusiyanın Ukraynaya hücum etməsindən sonra ordu sıralarına qoşulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM