AFFA-nın yeni prezidenti İLK TAPŞIRIĞINI VERDİ

15 Aprel 11:00 Hadisə 10 096
AFFA-nın yeni prezidenti İLK TAPŞIRIĞINI VERDİ

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf baş katibliyə ilk tapşırığını verib.

Aprelin 2-də futbol təsərrüfatının başına keçən SOCAR-ın şefi federasiyanın işçi heyəti barədə raport hazırlanmasını istəyib.

O, qurumda çalışan personalın hər bir üzvünün dosyesi ilə şəxsən tanış olmaq niyyətindədir.

R.Nəcəfu maraqlandıran məsələ Elxan Məmmədovun AFFA-ya yerləşdirdiyi kadrların sayını və gücünü bilməkdir. Həmçinin onların nə iş gördüyünü və nə qədər maaş aldjığını dəqiqləşdirməkdir.

Güman ki, bir müddət sonra AFFA-da islahatlar başlayacaq. Federasiya 14 il bura rəhbərlik etmiş E.Məmmədovun adamlarından təmizlənəcək.

Proses birdən-birə aparılmayacaq, tədricən həyata keçiriləcək. Çünki AFFA-da fəaliyyət göstərənlərin bir çoxu sabiq icraçı vitse-prezidentin xətti ilə gələnlərdirö

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti