Ukrayna hərbçiləri Rusiya ordusunun elit dəstələrini məhv etdi

23 İyun 02:40 Hadisə 528
Ukrayna hərbçiləri Rusiya ordusunun elit dəstələrini məhv etdi

Rusiya Federasiyasının qərb hərbi dairəsinin bölmələri Ukrayna Silahlı Qüvvələri tərəfindən darmadağın edilib, yalnız Ukraynaya hücum etməkdən imtina edənlər sağ qalıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

Bildirilir ki, ukraynalı müdafiəçilər Rusiya ordusunun NATO ilə qarşıdurmaya hazırlanmış “elitasını” demək olar ki, tamamilə məhv ediblər.

Həmçinin qeyd edib ki, Moskva və Sankt-Peterburqun da daxil olduğu Rusiyanın qərb hərbi dairəsi NATO qüvvələrinə qarşı mübarizə aparmaq üçün xüsusi təlim keçmiş elit dəstələrdən təşkil olunub.

“Hazırda həmin dəstələrin sırasında çoxlu zabitlər həlak olub, sürücülər çatışmır, piyada qoşunları isə “canlı divar” kimi istifadə olunur. Ona görə də indi Rusiya ordusu vaxtla döyüşür”, - deyə məlumatda qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?