"Problemsiz ayrılmışam, rəhbərliklə görüşüb, onların halallığını alacam"

27 Yanvar 2022 09:40 Hadisə 939
"Problemsiz ayrılmışam, rəhbərliklə görüşüb, onların halallığını alacam"

«Əslində, təklif ötən ilin yayında gəlmişdi, çox düşünüb-daşındım və qərarımı indi verdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər»TV-dən ayrılan idman aparıcısı Ceyhun Rzayev deyib.

Tanınmış telejurnalist fəaliyyətini bundan sonra ATV-də davam etdirəcək. «Xəzər»TV-də 15 il çalışmış Rzayevi biz indən belə ATV-də yayımlanan «Futbolumuz» verlişinin aparıcısı qismində görəcəyik.

C.Rzayev 20 ildən artıqdır ki, idman mediasındadır və bu sahənin üzdə olan isimlərindəndir. Yazılı mətbu orqandan TV-yə üz tutan jurnalistin ilk dəfə ANS-də efir almasını da xatırladaq.

O. iş yerini dəyişməsinin səbəbini bu cür açıqlayıb: «Xəzər»Tv yaranan gündən, demək olar burada çalışmışam.

Kollektivə çox öyrəşmişdim. Bu qərarı vermək o qədər də asan olmadı. Vaxtilə «Xəzər»də bir yeprdə işlədiyim Emin Abbasov məni «Futbolumuz» verlişinə dəvət etdi.

Bilirsiz ki, Emin müəllim bu layihənin müəllifidir. Onun təklifindən sonra yeni ideyada perspektiv gördüm. Hələlik yalnız ATV-də işləyəcəm.

Bəlkə bir müddət sonra paralel olaraq başqa bir sahədə də fəaliyyət göstərdim.

«Xəzər»dən problemsiz ayrılmışam. Bugünlərdə kanalın rəhbərliyi ilə görüşüb, onların da halallığını alacam».

Digər Xəbərlər
Xəbər Lenti