Futbolun İnkişaf Fondu UEFA tərəfindən mükafatlandırıldı

11 İyun 04:00 Hadisə 638
Futbolun İnkişaf Fondu UEFA tərəfindən mükafatlandırıldı

Futbolun İnkişaf Fondu (FİF) UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"UEFA Foundation for Children" ənənəvi olaraq üzv assosiasiyalar tərəfindən namizəd göstərilən qurumları uşaqların müdafiəsi sahəsindəki nümunəvi fəaliyyətlərinə görə təltif edib.

Bu il 1 milyon avroluq mükafat fondu 26 seçilmiş təşkilat arasında bərabər şəkildə bölüşdürüləcək. Futbolun İnkişaf Fondunun da sırasında olduğu qaliblərin hər biri 38 500 avro alacaq.

FİF 2023-cü ildə də bu mükafata layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!