Bu hücumçu 2 dəfə qapıda dayandı komandası penaltilərdə mərhələ adladı - VİDEO

3 Dekabr 2021 18:40 Hadisə 554
Bu hücumçu 2 dəfə qapıda dayandı komandası penaltilərdə mərhələ adladı - VİDEO

Türkiyə Kubokunda keçirilən “Hatayspor” – “Eyüpspor” matçında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, hataylıların iki qapıçısı da qırmızı vərəqə aldığı üçün iki dəfə qapını hücumçu Mame Diuf qoruyub.

Əvvəlcə, qarşılaşmanın 90+4-cü dəqiqəsində Abdullah Yigiter qırmızı vərəq alıb. “Hatayspor” 5 oyunçu dəyişikliyi limitini istifadə etdiyi üçün Mame Diuf qapıya keçib.

Oyun əlavə vaxtda keçdiyi üçün meydan sahiblərinin daha bir dəyişiklik haqqı yaranıb. Nəticədə baş məşqçi qapıçı Yavuz Buğra Boyarı meydana buraxıb.

Lakin o da 120+1-ci dəqiqədə meydandan qovulub. Mame Diuf penaltilər seriyasında da qapıçı olmaq məcburiyyətində qalıb.

Buna baxmayaraq “Hatayspor” penaltilər seriyasında 6:5 qalib gələrək növbəti mərhələyə adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti