Elşad Nəsirovun qızından boşandı, Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTOLAR

27 Noyabr 2021 19:40 Hadisə 1 167
Elşad Nəsirovun qızından boşandı, Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTOLAR

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə A.Maksakova öz instaqram hesabında paylaşıb.

Xalq artisinin nəvəsi fotonun üzərinə “FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb.

Daha sonra Rəcəbov özü də nişanlısının paylaşımını “repost” edərək məlumatı təsdiqləyib.

Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.

Elnarə Nəsirli AFFA-nın və SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.




Digər Xəbərlər
Xəbər Lenti