Azərbaycanda oynayan legioner niyə özünə belə işgəncə verib? - FOTO

26 Noyabr 2021 19:40 Hadisə 812
Azərbaycanda oynayan legioner niyə özünə belə işgəncə verib? - FOTO

“Keşlə”nin kamerunlu legioneri Anatoli Abanq “vatsap”dakı “hekayə” bölümündə paylaşıb edib.

Ölkəmizdə legioner həyatı yaşayan hücumçu fitness məşqindən görüntü təqdim edim ki, ilk baxışdan Abanqın ayağındakı tatu diqqət çəkir.

Bir neçə ay əvvəl azərbaycanlı qadınla ailə həyatı quran Anatolinin sağ ayağındakı “Angel Gabriel 29” “döymə”sinin hansı məna kəsb etdiyini anlamaq çətin olduğundan, bu nə demək olduğunu səbəbkarın özündən soruşduq.

Anatoli xeyli vaxtdır ayağında gəzdirdiyi tatunun anlamını izah etdi:

“Bu, babamın xatirəsinə olan “döymə”dir. Mənası odur ki, Allahın cənnətdəki mələkləri babamı qorusun, daim yanında olsun.

“29” isə babamın ən sevdiyi nömrə idi. O da keçmiş futbolçu olub. Növbəti mövsümdən mən də kürəyimdə “29”u daşıyacam”.

Bu ilin yanvarından “Keşlə”nin formasını geyinən Anatoli Abanq bu komandada keçirdiyi bütün yarışlardakı

26 oyunda 4 qol vurub. Kamerunlu forvardın “qırmızılar”la müqaviləsinin müddəti gələn ay başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti