Bakıda bloqerin həyat yoldaşı idmançılar tərəfindən döyülərək ölüb?

25 Oktyabr 2021 16:20 Hadisə 1 167
Bakıda bloqerin həyat yoldaşı idmançılar  tərəfindən döyülərək ölüb?

Tanınmış bloqer Ayşən Mirzəyevanın bir həftə öncə nikaha daxil olduğu əri Kamal Namazov vəfat edib.

A.Mirzəyeva iddia edib ki, bir neçə gün öncə əri iki nəfər idmançı şəxs tərəfindən döyülüb və ciyərindən xəsarət alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Ayşən Mirzəyeva daha sonra saytımızla əlaqə saxlayaraq bildirib ki, heç bir döyülmə hadisəsi baş verməyib: “Yoldaşım yatıb, səhər ayılmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!