Sərdarın Kazandakı “macərası” - Qeyri-qanuni nikahdan qızı var: FOTOLAR

18 Oktyabr 2021 17:20 Hadisə 814
Sərdarın Kazandakı “macərası” - Qeyri-qanuni nikahdan qızı var: FOTOLAR

İslam ölkəsinin Rusiyadakı təmsilçisinin qeyri-qanuni nikahdan qızı var.

O, qızına hər ay aliment ödəsə də, atalıq hüququnun rəsmiləşdirilməsindən yayınır.

Məhkəmə çəkişməsi qaçılmazdır. Rusiya futbolunda yeni bir qalmaqal mətbuatın gündəmi olub.

Yenə də atalığın tanınması, aliment verilməsi ilə bağlı. Amma bu dəfə qalmaqalın “qəhrəmanı” əcnəbidir – “Zenit”in iranlı hücumçusu Sərdar Azmun. Kazanlı Aliya Sərdarı atalıqdan imtina etməkdə ittiham edir.

2018-də başlayıb, 2020-də bitib Sərdarla Aliya 2018-ci ildən görüşməyə başlayıblar.

O vaxt Azmun Kazan “Rubin”inin şərəfini qoruyurdu. İranlı futbolçu Sankt-Peterburq “Zenit”inə keçdikdən sonra da onların münasibətləri bir müddət davam edib.

2020-ci ildə ayrılıblar. 2021-ci ilin mayında isə Aliyanın qız övladı dünyaya gəlib

Aliment ödəyib, etiraf edib ki...

Amma futbolçu qızın qanuni atası olduğunu qəbul etməkdən imtina edib. Buna baxmayaraq, hər ay qızına aliment ödəyib.

Azmun qızına ayda 12 min rubl göndərib. Amma bu vəsaiti özü birbaşa verməyib, tanışları vasitəsilə göndərib. Aliyanın vəkili Andrey Dmitriyev mətbuata açıqlamasında bu faktı təsdiqləyib.

Vəkil bildirib ki, onların əlində materiallar var: “Bizim əlimizdə Azmunun qızı öz övladı qəbul etdiyi barədə yazışmalar var. Bu yazışmalar sosial şəbəkələr vasitəsilə aparılıb. Bütün materialları məhkəməyə təqdim edəcəyik”.

Aliya ondan narahatdır ki...

Aliyanın məhkəməyə məhz indi üz tutmasının səbəbi də bəlli olub. O qorxur ki, Azmun Rusiyanı tərk edə bilər. Bundan sonra isə ödənilən cüzi aliment də kəsiləcək.

Azmuna bir neçə Avropa klubu maraq göstərir. Onun “Zenit”lə müqaviləsi gələn ilin yayında başa çatır. Böyük ehtimalla, iranlı futbolçu karyerasını Avropada davam etdirəcək. Aliya da məhz bundan narahatdır.

25 faiz tələb edir

Aliya Azmunun atalığının tanınması və alimentin tam ödənilməsi üçün DNT testi götürülməsini istəyir.

O, futbolçunun aylıq məvacibinin 25 faizinin qızına ödənilməsini tələb edir. Bu isə ildə 750 min dollar edir. Məhkəmənin ilk iclası dekabrın 8-nə təyin edilib.

Agentin qeyri-müəyyən cavabı

Azmunun agenti Mehdi Haqitali məsələyə qeyri-müəyyən cavab verib: “Bütün bunlar dedi-qodudur.

Dünyada hər bir insan qaydalara riayət etməli və qanun qarşısında cavab verməlidir. Ancaq yenə də təkrar edirəm ki, bütün bu iddialar əsassızdır”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda