Azərbaycan klubları 10 min dollar vermir ki…

23 İyul 2021 17:20 Hadisə 1 289
Azərbaycan klubları 10 min dollar vermir ki…

“Zirə”nin yeni müqavilə imzalamadığı Klesio Bauk Azərbaycanın 2 klubundan təklif alıb.

Sportinfo.az-ın məlumatına görə, “Qəbələ” mozambikli hücumçunu 1 illik aradan sonra geri qaytarmaq niyyəti ilə çıxış edıb.

Həmçinin “Keşlə” afrikalı legionerin xidmətində maraqlıdır. Sadəcə, Premyer Liqa təmsilçilərinin irəli sürdüyü maliyyə şərtləri onu razı salmır.

Adıçəkilən legionerin tələb elədiyi aylıq maaş 10 min dollardır. Portuqaliya mətbuatı isə iddia edir ki, Baukun bir neçə ölkədən təklifi var.

“Benfika”nın yetirməsi olan 27 yaşlı forvard 6 il əvvəl ayrıldığı Portuqaliyaya qayıtmaq istəyir. Hazırda o, “Maritimo” ilə danışıqlar aparır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!