Çexiya ilə Niderland Bakıda Uels - Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək

24 İyun 2021 01:10 Hadisə 491
Çexiya ilə Niderland Bakıda Uels - Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək

Avropa çempionatının 1/8 final mərhələsinin daha bir cütü müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, dörd ən yaxşı qrup üçüncüsündən biri olan Çexiya bu raundda Niderlandla görüşəcək.

Bu cütün qalibi 1/4 final mərhələsində Bakıda Uels - Danimarka duelinin güclüsü ilə üz-üzə gələcək.

Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyunu iyulun 3-ə təyin edilib.

AVRO-2020 iyulun 11-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti