Azərbaycana daha 40 min doza “Sputnik V” gətirilib

10 İyun 18:30 Hadisə 215
Azərbaycana daha 40 min doza “Sputnik V” gətirilib

Sportinfo.az xəbər verir ki, Azərbaycana koronavirus əleyhinə daha 40 min doza Rusiya istehsalı olan “Sputnik V" vaksini gətirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Ölkə ərazisində COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb. “Sputnik V” vaksininin tətbiqi isə mayın 18-dən həyata keçirilir.

18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş “Sputnik V” ilə peyvənd oluna bilər. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

Digər Xəbərlər
Xəbər Lenti