Flora Kərimova Şuşadan TƏSİRLİ VİDEO PAYLAŞDI

17 May 2021 12:50 Hadisə 411
Flora Kərimova Şuşadan TƏSİRLİ VİDEO PAYLAŞDI

Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında yer alan mədəniyyət üzvlərindən biri də Xalq artisti Flora Kərimova olub.

Sportinfo.az xəbər verir ki, uzun illərdir Qarabağı, Şuşanı görmək arzusunda olan estrada ifaçısı anası Zümrüd Kərimovanın ana yurdundan görüntüləri instaqram səhifəsində paylaşıb.

Sənətkar videoya “havasından doymadığım, suyuna susadığım ocağım-Şuşam!”,- şərhini yazıb.

Kərimovanın paylaşımında Şuşa həbsxanasına gedən yol, məscid, mədəniyyət üzvlərinin heykəllərinin görüntüləri yer alıb. O, Şuşa ilə bağlı xatirələrini bölüşüb.

Flora Kərimova, həmçinin Azərbaycanın Xalq artisti, Rusiyada yaşayan məşhur opera ifaçısı Yusif Eyvazovla fotosunu yayaraq onun ölkəsinə sadiq biri olduğunu vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti