Paşinyanın korteji yumurta atəşinə tutuldu - VİDEO

21 Aprel 2021 22:30 Hadisə 654
Paşinyanın korteji yumurta atəşinə tutuldu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik (Zəngəzur) vilayətinin Şurnuxu kəndinə səfəri zamanı avtomobil korteji yumurta atəşinə tutulub.

Sportinfo.az xəbər verir ki, görüntülər vilayətin televiziya kanallarının biri tərəfindən yayılıb.

Rusiya sülhməramlılarının müşayiət etdiyi kortej kəndə daxil olarkən baş naziirn səfərinə etiraz olaraq avtomobillərə yumurtalar atılıb.

Paşinyan bu gün Qafanda keçirilən iclas zamanı güc strukturlarının rəhbərlərinə onun Mehri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını müəyyənləşdirib cəzalandırmağı tapşırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"