”Başqaları haqda düşünsək, onda hər şey arxada qalacaq”

3 Mart 2021 15:20 Hadisə 869
”Başqaları haqda düşünsək, onda hər şey arxada qalacaq”

Braziliya futbolunun əfsanəsi Pele də koronavirusa görə peyvənd olunub.

Sportinfo.az xəbər verir ki, Pele bu barədə “instaqram” səhifəsində yazıb.

O, insanları qaydalara əməl etməyə çağırıb: “Bu, unudulmaz gün idi. Mən peyvənd olundum. Pandemiya bitməyib. Biz bütün qaydalara əməl etməliyik.

Hələ ki, hamı peyvənd olunmayıb. Buna görə də nizam-intizamlı olmalıyıq ki, həyatmızı təhlükəyə atmayaq.

Əllərinizi tez-tez yuyun və ehtiyac olmadığı halda evdən çıxmayın. Küçəyə çıxanda isə maska taxmağı unutmayın.

Əgər biz başqaları haqda düşünsək, bir-birimizə dəstək olsaq, onda hər şey arxada qalacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi