“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib...” - VİDEO

2 Mart 13:50 Hadisə 3 977
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib...” - VİDEO

Sərbəst fəaliyyət göstərən (freelancer) amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında Yerevandan reportajları davam etdirir.

Sportinfo.az xəbər verir ki, P. Pankasterin növbəti reportajı ötən gün martın 1-də axşam Yerevanda yürüş-mitinq keçirən “Sasna tsrer” millətçi-terrorçu qruplaşmasının üzvləri barədədir.

Həmin qruplaşma əslində Nikol Paşinyanın siyasi müttəfiqləridir, amma dünən axşam Yerevanda hakimiyyət və müxalifət tərəfdarlarından ayrıca aksiya təşkil etmişdi.

Patrik Lankaster millətçi marşların sədaları altında yürüş edən “Sasna Tsrer” üzvlərindən birini sorğu-suala tutur:

- Deyin, burada nə baş verir?

- Bilmirəm, bu tədbiri ingiliscə necə adlandırmaq olar. Lakin siz əhəmiyyətini görürsünüz. Biz azadlığımız uğrunda yürüşə çıxmışıq, çünki bizim ölkəni Rusiya işğal edib, bu yaxınlarda isə üstəlik Azərbaycan tərəfindən işğal edilib...

Həmin millətçi erməni əlavə edir ki, Ermənistan 100 ildən artıqdır rus işğalı altındadır. O, Rusiyanı üstəlik “arsaxı Azərbaycana verməkdə” ittiham edir. “Ona görə də bizim etirazımız Rusiya işğalına qarşıdır”,-erməni nasist vurğulayır.

Əlavə edir ki, küçənin o tərəfindəki hər iki mitinq (müxalifət və hökumət tərəfdarlarının mitinqi) Rusiyanın maraqlarını təmsil edir. Onların etirazı isə “erməni xalqının yeganə səsidir”.

- Siz hesab edirsiniz ki, Ermənistan üçün Rusiyasız daha yaxşı olacaq?

- Bəli, Rusiya Ermənistanın düşmənidir və bizim ölkəmizi 1920-ci ildə işğal edib. Biz müstəqil ölkə idik və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdıq, onlar isə bizi işğal etdilər.

- Axı bir çox ermənilər Rusiyanı sevir?!

- Bəli, çünki onlar işğal altındadırlar. Onlar (ruslar) hər şeyə nəzarət edir, maliyyə işlərinə, orduya. Bir çox razılaşmalar imzalanıb və nəticədə bizim müdafiə sistemimiz çöküb. Bu müharibədə erməni silahları ilə bağlı çoxlu problemlər ortaya çıxdı. Paşinyan dedi ki, bir çox silahlar ümumiyyətlə işləmədi. Cəmi 10 faiz işləyə bildi (Paşinyanın “İsgəndər”lər haqda məlum bəyanatını nəzərdə tutur), bu da onu göstərir ki, Rusiya düşməndir.

Həmin erməni özünü “Sasna Tsrer” qruplaşmasının da daxil olduğu “Milli demokratik ittifaq” adlı hərəkatın üzvü kimi təqdim edir. Bildirir ki, onlar Qaregin Njdenin (erməni faşisti və müasir Ermənistan dövlətinin ideoloji atası) heykəlinin qarşısına toplaşıblar, “Rusiya işğalına son qoyulmasını” tələb edirlər...

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü