“Liverpul”a lazım ola bilər, Azərbaycanla oyuna yox

28 Fevral 2021 23:20 Hadisə 610
“Liverpul”a lazım ola bilər, Azərbaycanla oyuna yox

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığmasının hücumçusu Dioqo Jota sağalıb.

Sportinfo.az xəbər verir ki, “Liverpul”un forvardı artıq məşqlərə başlayıb.

Bir müddətdir fərdi hazırlıq keçən 25 yaşlı oyunçu bu gün ilk dəfə komanda ilə birlikdə məşq edib. Ötən il dekabrın 9-da Çempionlar Liqasının qrup mərhələsində “Midtyulland”la görüşdə sıradan çıxan Jota qarşıdakı matçlarda iştirak edə biləcək.

Ancaq onun millimizlə gələn ay keçiriləcək matçda iştirakı sual altındadır. Buna səbəb İngiltərədə Portuqaliyadan gələn şəxslər üçün karantinə alınma qərarıdır.

Portuqaliya DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də məhz Azərbaycan millisinə qarşı keçirəcək. Görüş Lissabonda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti