“Qarabağa çatdırılmalı olan silahlar ora göndərilmədi”

26 Yanvar 2021 09:50 Hadisə 1 996
“Qarabağa çatdırılmalı olan silahlar ora göndərilmədi”

Erməni mənşəli rusiyalı politoloq Sergey Kurqinyan son günlərin gündəminə çevrilən Şuşa şəhəri haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, müsahibəsində guya şəhərin döyüşlərlə azad edilmədiyini, hansısa xəyanət sayəsində müharibənin yekunlaşdığını iddia edib.

“Müharibə zamanı Qarabağa çatdırılmalı olan silahlar ora göndərilmədi. “Artsax ordusu” (Qondarma rejimin silahlıları - red.) könüllülər sayəsində döyüşürdü.

Ancaq bir xəyanət oldu, təslim aktını imzalamaq üçün əlverişli vəziyyət yarandı”,- deyə o bildirib

Digər Xəbərlər
Xəbər Lenti