
“Tərksilah və demobilizasiya reinteqrasiyanın əsas komponentləridir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında yazıb.
H. Hacıyevin sözlərinə görə, Qarabağdakı əhalinin sayına və ərazinin ölçülərinə görə regionun bu dərəcədə hərbləşdiriləcəyi heç gözlənilmirdi:
“Azərbaycanın Qarabağ bölgəsində davam edən cəmi 3 günlük tərksilah prosesi göstərdi ki, bu region işğal altında olduğu illər ərzində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib”.