O, millinin yeni baş məşqçisi olsun - Teleməkanın iki tanınmış siması müzakirə etdi: VİDEO

20 Oktyabr 2023 13:00 Gündəm 1 957
O, millinin yeni baş məşqçisi olsun - Teleməkanın iki tanınmış siması müzakirə etdi: VİDEO

“Sportinfo TV“də yayımlanan “Azarkeş saatı”nın növbəti canlı yayımı maraqlı müzakirələrlə yadda qalıb.

Aparıcı ekspert Elçin Cəfərovun canlı yayımda qonağı tanınmış futbol şərhçisi, “CBC Sport“ kanalının əməkdaşı Ramiz Mirzəzadə olub.

Efir zamanı millimizin mövcud durumu, son günlərdə xaotik vəziyyətdə qalan “İrəvan” da başverənlər müzakirə edilib.

“Qarabağ” və “Neftçi” haqqında da qarşılıqlı fikir mübadiləsinin aparıldığı canlı yayımda yığmamızın baş məşqçi postuna əsas yerli namizədlər ətrafında təkliflər maraqla qarşılanıb.

Elçin Cəfərov deyib ki, hazırda bu posta namizədlər çoxdur:

“Mənim ilk seçimim Rəşad Sadıqov olardı. Əgər sistem deyiriksə, bu işi Qurban Qurbanovdan sonra bacaracaq şəxs Rəşad Sadıqovdur.

Müasir futbol biliklərinə malik Rəşad Sadıqov aşağı yaş qruplarına tətbiq edəcəyi planla bir neçə il sonra millimizi daha yaxşı formada izləyə bilərik.

Çünki bu gün aşağı yaş qruplarına baxdıqda, nümunə kimi U-19-u götürək,

Özbəkistana 2 oyunda 6 top buraxıb, nə bir oyun anlayışı var, nə də ki inkişaf. Bu cür səriştəsizlik isə gələcəkdə əsas millimizdə ciddi problemlər yaradır”.

Ramiz Mirzəzadə isə “Qarabağ”ın Avroliqada şanslarını dəyələndirib. Qeyd edib ki, ağdamlılar qarşıdakı iki turda eyni rəqibə qarşı oynayacaq, xal və xalların qazanılması möhtəşəm olardı:

“Xavi Alonsolu “Bayer”ə qarşı komandamız öz oyun planından çıxmarsa, ən azı izləyicilərə xoş futbol izlətdirə biləcək. Bu qarşılaşmalar həm də yerli gənc futbolçularımız üçün vitrin də ola bilər”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var