Şahramanyanın bu “ləğv”dən geri çəkilməsi nəyi dəyişəcək?

23 Oktyabr 2023 04:00 Gündəm 1 074
Şahramanyanın bu “ləğv”dən geri çəkilməsi nəyi dəyişəcək?

"Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanın “artsaxın ləğvi qərarından imtina” səpgili açıqlamasından narahat olmağa dəyməz".

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, guya Samvel Şahramanyan Xankəndidə ləğv qərarı verməsəydi, bu bizim işimizi çətinləşdirəcəkdi? Əsla! Hədəfimiz bəlli idi. Digər tərəfdən biz onsuz da separatçıları tanımırdıq və onların qərarları da bizim üçün heç nədir, sadəcə ləğv qərarı onların Azərbaycana qarşı gələcək iddialarını əsassız edirdi. Samvel Şahramanyan ona hücum edən Qarabağ ermənilərini sakitləşdirmək üçün tələsik “ləğv qərarından imtina edirəm” deyib.

İkincisi, ləğvdən “imtinanın” heç bir siyasi və hüquqi çəkisi yoxdur. Üçüncüsü, özlərini çətinə salacaqlar, “ləğv qərarından imtina edirlərsə”, biz də Qərbi Zəngəzura iddiamızı gücləndirəcəyik, mühacir hökuməti və parlamenti formalaşdıracağıq. Qərbi Zəngəzur mövzusu isə ermənilərin ən böyük qorxusudur”, - politoloq bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var