"Zirə"nin futbolçusu Tamerlan Burcəliyev ailə həyatı qurub.
Bakıdakı restoranların birində baş tutan ziyafətə klubun fəxri prezidenti Orxan Məmmədov da qatılıb.
O, Tamerlanın atası Vüqar Burcəliyevlə şəxsən görüşüb, xoş gün münasibətilə ona ürək sözlərini çatdırıb.
Rəhbər şəxslə bərabər, komandanın prezidenti Taleh Nəsibov, baş meneceri Elman Himayətoğlu, baş məşqçi Rəşad Sadıqov, akademiyanın rəhbəri Zaur Həşimov və klubun bir çox başqa əməkdaşı da qonaqlar arasında yer alıb.
"Qartallar"ın ən üst səviyyədə toy məclisinə diqqət göstərməsi səbəbsiz deyil.
Belə ki, Tamerlanın qardaşı İlqar Burcəliyev Vətən müharibəsində şəhid olub.
İlqar da Tamerlan kimi "Zirə"nin futbolçusu olub.
"Qartallar"ın U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub.
Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.
XANOĞLAN / SPORTİNFO.AZ