COP29

“İstəyirlər ki, insanlar Qafanda əyləşib Zəngilanı arzulasınlar”

24 May 17:50 Gündəm 466
“İstəyirlər ki, insanlar Qafanda əyləşib Zəngilanı arzulasınlar”

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən ölkə parlamentində hökumət saatında çıxış edib.

Paşinyan çıxışı zamanı həmçinin “Vətən naminə Tavuş” müxalif hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın açıqlamalarından birinə də toxunub.

Belə ki, Qalstanyan həmin açıqlamasında lideri olduğu hərəkatın “gözlənilməzliklər”ə aid olduğunu, bunların müqabilində isə vətən və ölkə əldə edəcəklərini iddia edib.

Paşinyanın sözlərinə görə, “gözlənilməzlik hərəkatı” edirik deyən şəxslər birbaşa olaraq dövlətçilik, müstəqillik, suverenlik və vətəndaşlıq əleyhinə hallara yol açırlar:

“Onlar İrəvanın mərkəzində kafedə əyləşərək Qarsı xəyal etmək istəyirlər. Amma onlar bununla İrəvanı itirəcəklər. Real Ermənistanla Tarixi Ermənistan arasında fərq budur.

Onlar istəyirlər ki, insanlar real Qafanda əyləşərək Zəngilanı arzulasınlar. Onlar bununla Real Ermənistanı və real Qafanı itirəcəklər. Real Ermənistan gələcəyə yönəlib, konkretdir, biz real sərhədini bilirik”.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 16:10 Çək və bizə göndər!
22 İyun 10:40 Səmərəni burada gör!