Yeni fəaliyyətə başlayan, I Liqaya iddia edən klubdan İLK FOTOREPORTAJ

16 Aprel 13:20 Gündəm 902
Yeni fəaliyyətə başlayan, I Liqaya iddia edən klubdan İLK FOTOREPORTAJ

Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman sahəsinə marağı və istedadı olanların aşkar edilməsi məqsədilə futbol klubu yaradılıb.

Sportinfo.az xəbər verir ki, “Mərkiz” futbol klubunun növbəti ildən birinci liqada yarışlara qatılması planlaşdırılır.

Klub rəhbəri Elvin Salahov açıqlamasında bildirib:

“Futbolun inkişafı üçün Laçında lazımı şərait yaradılıb və Bakı Abadlıq Xidməti MMC-tərəfindən müasir standartlara cavab verən şəkildə inşa olunan stadionda süni və təbii örtüklü meydançalar, məşqlərin tədrisi üçün lazımi idman vəsaitləri yer alır.

Hazırda müxtəlif yaş qruplarından olan 50-yə yaxın yeniyetmə və gəncə futbolun sirləri öyrədilir, peşəkar məşqçilər tərəfindən dərslər tədris olunur.

Qarşıdakı hədəf isə gələn ildən “Mərkiz” futbol klubu adı ilə Laçını birinci liqada təmsil etməkdir”.

Yeni yaradılan futbol klubu öz adını Laçındakı Mərkiz dağından götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU