"Dinamo" Mahirə 3,5 milyonluq rəqib gətirir - "Fənərbaxça"dan

18 Yanvar 2024 03:50 Gündəm 1 574
"Dinamo" Mahirə 3,5 milyonluq rəqib gətirir - "Fənərbaxça"dan

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" hücum xəttini yeni oyiunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi "Fənərbaxça"da çıxış edən Rayan Kentin xidmətində maraqlıdır.

Bu barədə "Mirror" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi 27 yaşlı vinger üçün Xorvatiya klubundan 3,5 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

Rayan Kent mövsümün əvvəlində "Reyncers"lə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Fənərbaxça"ya keçmişdi.

İngilis futbolçu komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti