Yanvarın 18-də gözlənilən hava şəraiti - Rayonlara da qar yağacaq

18 Yanvar 2024 08:00 Gündəm 615
Yanvarın 18-də gözlənilən hava şəraiti - Rayonlara da qar yağacaq

Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti