“Bir böyük yırtıq var” - “Tofiq Bəhramov” üçün Türkiyədən tavan gətiriləcək

18 Yanvar 2024 01:10 Gündəm 766
“Bir böyük yırtıq var” - “Tofiq Bəhramov” üçün Türkiyədən tavan gətiriləcək

Tofiq Bəhramov adına Respublika stadionu üçün Türkiyədən tavan gətiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, ötən ilin dekabrında uçan dam örtüyünün bərpası üçün ora çıxan fəhlənin yıxılması nəticəsində qoparaq içəri düşən sektorlardan birinin tavanının cırılan hissəsi kəsilərək düzəldilib:

“Sadəcə, bir böyük yırtıq var. Oranın da bərpası üçün detal Türkiyədə istehsal olunacaq.

Ölçüləri artıq verilib. İstehsal edilib bura gətirilənə qədər müəyyən qədər vaxt alacaq. Bu yöndə işlər gedir”.

T.Məmmədov mərkəzi stadionun 2024-cü ildə keçiriləcək futbol matçlarına hazır olduğunu bildirib. O, qarın yağmasının da heç bir mənfi təsirinin olmadığını sözlərinə əlavə edib:

“Əksinə, qarın yağması bizə xeyir verdi. Stadion hərtərəfli hazırdır”.

Tofiq Bəhramov adına Respublika stadionunda qış fasiləsindən sonra ilk oyun yanvarın 23-nə təsadüf edəcək. Həmin gün “Qarabağ” Premyer Liqanın XIX turu çərçivəsində “Araz-Naxçıvan”ı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti