Şeydayev bu qədər ödənişdən imtina etdi, “Kocaelispor”da məşqə çıxdı

17 Yanvar 2024 14:40 Gündəm 4 337
Şeydayev bu qədər ödənişdən imtina etdi, “Kocaelispor”da məşqə çıxdı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yeni komandası olan “Kocaelispor”a qoşulub.

28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb.

O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüşə hazırlaşır. Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxan forvard əla əhval-ruhiyyədə olmasıyla yerli media mənsublarının diqqətini çəkib.

XIX turun “Kocaelispor” - “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək. Kocaeli təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

“Buriram Yunayted”dan transfer olunan Ramilin müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Kocaelispor” bu keçid üçün Tailand təmsilçisinə 850 min avro təzminat ödəyib.

Millimizin hücumçusu yeni klubuyla 1,5 illik müqavilə imzalamaq üçün “Buriram Yunayted”ə bəzi güzəştlərə gedib.

O, son 2 ayın məvacibindən imtina edib. Həmçinin bu müddətdə keçirilən çempionat oyunlarına görə almalı olduğu mükafatdan əlini çəkib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti