İşğaldan azad edilən 3 rayonda da “ASAN xidmət” mərkəzi açılacaq

17 Yanvar 2024 12:10 Gündəm 518
İşğaldan azad edilən 3 rayonda da “ASAN xidmət” mərkəzi açılacaq

Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri qurulacaq.

Bununla bağlı Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş 7 rayonda təhlillər aparılıb.

Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq yuxarıda qeyd edilən rayonlarda “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib.

Eyni zamanda, hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti