Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin «Kocaelispor»la hələ də rəsmi müqavilə imzalamamasının səbəbi bilinib.
Məlum olub ki, onun şəxsi işlərində problem yaranıb. «Buriram Yunayted»dən ayrılmağa qərar verən forvard Türkiyədə tək yaşamaq istəmir.
27 yaşlı yığma üzvü ailə üzvlərini də ora aparmağı planlaşdırır. Yerli klub onlar üçün villa kirayələməyə hazırdır.
Şeydayevə bir neçə yer təklif edilib, o isə hələ konkret seçim etməyib.
Digər tərəfdən, Tayland klubu Ramilin sənədlərini Türkiyəyə göndərməyi yubadır. Ötən ilin yayında «Qarabağ»ı «Buriram»a dəyişmiş forvardın onlardan müəyyən qədər alacağı var.
«Kocaelispor» Şeydayevə görə Asiya təmsilçisinə 850 min avro təzminat ödəməyi öz üzərinə götürüb. Hüquqi prosedur başa çatandan sonra tərəflər arasında 1,5 illik müqavilə qüvvəyə minəcək.
SPORTİNFO.AZ

