Koçaryanın oğlu da qandallanıb Bakıya gətiriləcək?

13 Yanvar 2024 17:30 Gündəm 724
Koçaryanın oğlu da qandallanıb Bakıya gətiriləcək?

Ermənistan parlamentinin deputatı, keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan Azərbaycan və Türkiyəni təhqir edib.

Levon Koçaryan Ermənistanın Azərbaycanla sülh danışıqlarının əleyhinə çıxıb.

“Əgər siz Azərbaycan və Türkiyənin Ermənistanla sülh yaratmaq istədiyini düşünürsünüzsə, yanılırsınız. Əgər Azərbaycan prezidentinin müsahibəsindən sonra hələ də belə düşünürsünüzsə, deməli reallıqdan uzaqlaşmısınız. Nə vaxt başa düşəcəyik ki, başın heyvanın ağzında olanda onunla danışıq aparmaq olmaz?”, - o deyib.

Levon Koçaryanın bu açıqlaması Nikol Paşinyan hakimiyyətini ittiham etməyə hesablanıb. Hərçənd, o, atası Robert Koçaryan kimi Azərbaycan və Türkiyəni də aşağılamaqdan çəkinmir.

Xocalı qatili olan Robert Koçaryanın müharibə cinayətkarı kimi həbs edilərək, Bakıya gətirilməsi məsələsi daim aktualdır.

Vaxtilə əlçatmaz görünən bu hədəf Qarabağda separatçıların qandallanaraq, Bakıya gətirilməsindən sonra heç olmadığı qədər realdır.

O da realdır ki, Bakı və Ankaranın “qara siyahısına” düşən Levon Koçaryan da atasının taleyi ilə üzləşə bilər. (publika.az)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti