Azərbaycan ordusunun vəzifəli şəxsləri ehtiyata və istefaya göndərildi

12 Yanvar 2024 17:30 Gündəm 570
Azərbaycan ordusunun vəzifəli şəxsləri ehtiyata və istefaya göndərildi

Azərbaycan ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Ehtiyata buraxılanlardan biri müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı Ənvər Əfəndiyevdir. Onun yerinə general-leytenant Hikmət Mirzəyev təyin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti